Ermənilər Kəlbəcərdəki məzarlarından yaxınlarının cəsədlərini belə çıxardı...-VİDEO
(18-11-2020, 09:00)
Xəbər verdiyimiz kimi, məlum üçtərəfli razılaşmaya əsasən əvvəl noyabrın 15-dək, sonradan Azərbaycan dövlətinin humanist addımıyla vaxtın uzadılması sayəsində noyabırn 25-dək Azərbaycan Respublikasının 27 ildən çox işğal altında qalmış Kəlbəcər rayonundan hərbi birləşmələrini tamamilə çıxarmalı olan ermənilər nəinki evləri, əmlakları yandırır, məzardakı ölülərinin qalıqlarını da çıxarıb aparırlar.
Moderator.az “Associated Press” agentliyi əməkdaşlarının lentə aldığı 1993-cü ildən qəsb etdikləri Kəlbəcər torpaqlarından çıxmağa məcbur olan ermənilərin öz yaxınlarının məzarlarını qazaraq onların meyitlərini çıxarmasını təsvir edən video-kadrları əldə edib.
Bir daha təkrar edirik:
Ermənilər hələ, XX əsrin əvvəllərini demirik, yalnız 1988-1994-cü illərdə, o cümlədən işğal dövründə zəbt etdikləri Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı törətdikləri hədsiz-hüdudsuz vəhşilikləri, əksər məzarlıqlarımızdakı ölülərimizi də təhqirlərə məruz qoyaraq qəbirləri dağıtmalarını, hətta bütöv qəbiristanlıqları buldozerlərlə yer üzündən sildiklərini yaxşı bildiklərindən azərbaycanlıların da onlara, ölülərinə qarşı eyni cür davranacaqlarını düşünürlər. Amma gerçək budur ki, hələ bu günədək Bakıda, Gəncədə və s. erməni məzarları qorunub saxlanılır, hətta son illərdə dövlətimiz tərəfindən xaricdə yaşayan ermənilərin gəlib doğmalarının məzarlarını ziyarət etmələrinə də şərait yaradılır...
Sultan Laçın
Ana səhifəyə qayıt
Oxunub: 76
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər