Şuşa fatehlərinin şərqisi...
(17-11-2020, 10:52)



Şuşaya duman gəlib, heç kəsə demə
V. Səmədoğlu

07.11.2020. Tan gəldi, Tan gəldi....Şuşaya dan gəldi. Şairə ün gəldi. 
Üfüqdə mələk xoru dəstələndi. Mələk xorunun sədaları altında şanlı ordu zəfər yürüşünə başladı. 
...günlərdən Cuma. Bozqurdlar ordusu keçdi hucuma. Türk gəlir qaç qurtar, sonundur ey yağı, ərənlər gətirir üç rəngli bayrağı. 
Yuca peyğəmbərimizin mübarək kəlamları gəlir beynimə: Bu ordu nə böyük ordu, bu Komandan nə böyük komandan... Şuşaya dan gəldi, Şuşaya gəldi dan.
Öcalma günüdür...qan istəyirdiniz bu da qan. 
Sizə zəfərlə dönməyi əmr edirəm-dedi şanlı Komandan. 
Irəli atıldı İlhamın ordusu! İlhamın ordusu-İslamın ordusu.
Türk gəlir, qaç qurtar, sonundur ey yağı! Bozqurlar gətirir üçrəngli bayrağı. 
Bu ordu qasırğa, bu ordu fırtına. Düşmən qaçır dörd ayaq, baxa bilmir sırtına.  
Ərənlər kükrədi, çən-çisək dağıldı. Çaldı öz surunu İlhamın ordusu. Onların zəhmindən erməni qan qusur. Qaçırlar dördayaq, it kimi qaçırlar. 
Hucum var, hucum var, şanlı hucum var! Səmada şütüyür “itiqovanlar”. Şuşa həsrətinə son qoymağa gəlib Azərbaycan ərləri. Bu savaş onların savaşıdır, gün onların günüdür. Onlar deyir: Müqəddəs torpaqda goreşənlərin yoxdur yeri. “Gorbagor” planı cızırdın mənfur erməni, indi gordan gora gömür səni Azərbaycan əsgəri...
...Günlərdən Cuma. Bozqurdlar ordusu keçib hucuma. Mələk xorunun sədaları altında səmadan əcdadların alqışları səpilir qədəmlərinə. Ulu ormanlarda Qurdlar uluyur. “Ayələr” söyləyir qutlu mələklər, bu şanlı orduya alqış deyirlər. 
O ordu çökəcək
O bayraq enəcək
Gəlir türk ordusu
Tanrı tək, Tanrı tək
Salam olsun, ayələrdən doğulanlar, süngülərin tiyəsiylə qəhramanlıq dastanları doğuranlar! Qorxuların qanadını üzən ərlər, düşmənlərin təpəsini dəmir yumruqlarıyla əzən ərlər. Fəthinizin yollarına xalça-palaz salındımı, bu hünərin şərəfinə zəfər marşı çalındımı? Əlbət! Əvət!
Düşmənin canını alıbdır dəhşət. Qaçırlar, qaçırlar, it kimi qaçırlar. Qaçmayan gəbərir, ya da ki, yalvarır. “Rəhm elə müsəlman, yazıq erməniyə aman ver, aman”
Hələ bir bina bax, kamera önündə poz verirdi alçaq. Erməninin güləş üzrə olimpiya çempionu. Qurd ağızlı oğlanlar fransız xoruzuna döndərdi onu. Dabanından od ələdi qaça-qaça, Xankəndinə çatdırdı özünü yaxa-paça. Və mahnıyla izhar elədi içindəki şoku:”Ku-ka-re-ka, ku-ka-ku, məni tutammaz Baku”. Lazım olsa tutardı üstündəydi “itqovan”, Tanrım belə buyurub, rahim olur müsəlman. 
Ay erməni:
Ağıllı ol, türkü tanı,
Yadlara vermə sükanı,
Onun-bunun züy tutanı,
Belə, çala-çala gedir. 
Qaçırlar, qaçırlar, it kimi qaçırlar. Gəbərənlər Qara Keşişin cəhənnəminə yollanır. Gorbagor olurlar, gorbagor. Eşq olsun Ulu Ordu, eşq olsun Ulu komutan. Şuşanın üstünə mərhəmər çiləyir yaradan. Günlərdən Cuma. Bozqurdlar ordusu keçib hucuma.
Səma məbədindən Ulu Azan sədaları yüksəlir. Allahım, bu ki, Bilalın səsidir, əshabələrdən. Nə xoşbəxt ordudur, nə xoşbəxtəm mən. Alqışlar tökülür səyyarələrdən. 
Ağaclar rəqs edir, dağlar oynayır. Ölüm mələkləri leşləri sayır. Bizim orduyasa ayrı yazılıb yazı, öləni şəhiddir, qalanı qazi. Düşmənlərin tapdağında qala bilməz bizim ərazi. Gec, ya tez hər şeyin hesanı sorulur, türkə diş qıcıyanın aqibəti puç olur. Kim ki, dayanıbdır türkün qəsdinə, bir gün “Misri” qılınc gəlir üstünə. Dəmir yumruq təpəsinə nallanır. Sən kaftarsan, arslan döysən, ay erməni, ay fağır.  Axı səni illər boyu adam kimi yaşatdıq, söykəncək tapan kimi dönüb bizə daş atdın. Adımızı oğurladın dözdük, mətbəximizi oğurladın dözdük, tariximizi oğurladın dözdük, musiqimizi oğurladın dözdük...Murdarlıq gətirdin sən öz aşına, indi dəmir yumruq enir başına. Bu hara harasıdır, Sən kaftar nəslisən, qarşındakı qurd balasıdır. Bunu anla, içini dəyiş, həqiqəti banla...
Günlərdən Cuma. Bozqurdlar ordusu keçib hucuma. Komandandan əmr var: “İgidlərim, bu bizim şəhərimizdir, ordakı tikililər hamısı bizimkidir, orda əcdadların ruhları yatır. Silahın süngüdür, bir də tüfəngdir batır! Tikilini dağıtma, önündə namərd var, sən mərd oğlu mərd, qarşına çıxanı süngüylə gəbərt. Get...qazan!” Şuşanın üstündə ucalır azan. Hər yanı Qara Keşiş murdarlığından təmizləyir müqəddəs Bilalın nəfəsi. Allahım mən nələr görürəm...Ulular gəlirlər, Ulular. Kimlər var, kimlər var.
Salam olsun  Azər Vayjanın maqları...
Salam olsun Pompeyi yenən ərlər.
Salam olsun Elxan Bumın,
Salam olsum Ulu Heydər!
Bizim tariximiz çox uzundur. Uluları sadalamaqla bitməz. Amma bu zəfərin, bu qələbənin ilk memarı Heydər Əliyev oldu. Tarixdə bütün millətlərin taleyində ata qurucular olub. Rusların Pyotru var, amerikalıların Vaşinqtonu, Türkiyənin Fatehi, Atatürkü var. Qurucu atalar dövlətin istinad nöqtəsidir, üzərində durduğu dayaqdır. Bu dayaq olmasa dövlət dağılar. Azərbaycanda qurucu ata olmaq missiyası Heydər Əliyevin taleyinə düşdü. Çünki Şah İsmayıldan bəri Heydər Əliyevə qədər heç kim Azərbaycan ərazisində dayanıqlı dövlət qura bilməmişdi. 1918-ci ildə qurulan Cümhuriyyət cəmi iki il yaşaya bildi. O dövrün başçıları Azərbaycanı dünya səhnəsində yoxdan var etsələr də, onu zamanın burulğanından çıxarmağı bacarmadılar. Amma o bacardı. Çətin bir zamanda, regionda böyük marağı olan dövlətlərin iradəsinin ziddinə olaraq o, Azərbaycan adlı bir cümhuriyyəti ayaq üstündə saxlaya bildi... O, Azərbaycan dövlətçiliyini yaşatdı, Azərbaycan yaşayırsa itirilən torpaqlar da bir gün qayıdar. Azərbaycan olmasa hər şey itəcəkdi. Azərbaycan varsa, həmişə itirilən torpaqları qaytarmaq əzmi də olacaq.
Salam olsun, Ulu Heydər, salam olsun! Mən bilirəm, sənin ölməz ruhun bu zəfər savaşışını böyük fərəh hissi ilə seyr edir. Biz də səni şükranlıqla xatırlayırıq. Sən Uçmağa varanda biz demişdik:
Xaqan getdi, türk budunu sayrudur,
Ayrılığın namazına ayrı dur,
Uyquda da demə Təbriz ayrıdır, 
Vətən birdir, Vətən birdir, Vətən bir.

Ər olana qucaq açdı Tanrıdağ,
Həqq evinə bircə yol var-qurdsayaq,
Bir kəz qalxıb, daha enməz bu bayraq,
Tutan birdi, tutan birdir, tutan bir.

Şükür olsun, bu millət var, Vətən var,
Torpaq altda saya gəlməz yatan var,
Nə qədər bayrağını tutan var,
Atan birdir, atan birdir, atan bir.

...Dan üzü başladılar və qüruba yaxın işlərini bitirdilər. Azərbaycanın üşrəngli bayrağını ürəklərində aparan şanlı əsgərlər, qurd ağızlı oğlanlar Ulu Öndər Heydər Əliyevin toy günündə müqəddəs Şuşa torpağını üfunətdən təmizlədilər. Gözəl Şuşa, qədim Şuşa, şüşələnmiş Şuşa uzun illərdən sonra rahat nəfəs aldı. 
Mən Pənahəli xanı görürəm, Molla Pənah Vaqifi görürəm, Xan qızı Natəvanı görürəm, Üzeyir bəyi görürəm... və daha kimlər... kimlər. Onların şükranlıq baxışları müzəfər ordunun üzərinə alqışlar səpələyir. Bu ordu böyük ordudur, bu Komandan böyük komandandır. Bu millət, onları doğuran bu millət böyük millətdir. Millətimə salam olsun!
Salam olsun İlham Əliyev. Azərbaycan xalqına uzun illərdən sonra qələbə zövqünü tamsındıran böyük Komandan. Əcdadlarımızın şanlı ənənəlinin davamçısı. Sən “Savaş ayələri”ni gerçəkliyə çevirdin, Sən babalarımızın öləziyən savaş ruhunu zəfər atəşi ilə alovlandırdın, Sən dünya boyu səpələnmiş 50 milyon Azərbaycanlını bir bütövə çevirdin. Müsəlmanıyla, xristianı ilə, yahudisiylə...Hamısını. Ellərimizi dərləyib bir bayraq altına yığdın –böyük Eltəriş. Xəzər xaqanlığının əzəmətini yüz illərdən sonra Azərbaycan torpağında zühur elətdirdin. 
Halal olsun! Halal olsun.
Məmləkətə öylə bir ruh gəldi ki, artıq bizi, kimsə saxlayammaz, kimsə bizi yolumuzdan döndərəmməz. Zaman bizim zamanımız, əsr bizim əsrimizdir. 

Elxan Zal Qaraxanlı
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 71

Xəbər lenti