Mayk Pompeo Ankaraya gəldi
(17-11-2020, 10:51)
ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo bu gün Türkiyəyə gəlib.
Pompeonun “kritik” görüşlər keçirməsi gözlənilir.
Dövlət katibi də səfərindən əvvəl mediaya verdiyi açıqlamasında Yaxın Şərq ölkələrinə səfərə çıxdığını və bölgə dövlətləriylə bir çox məsələləri müzakirə edəcəklərini bildirsə də, konkret hansı mövzular üzərində dayanacaqlarına aydınlıq gətirmişdi.
Qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğan bu gün ölkə parlamentinə Azərbaycana əsgər göndərmək barədə qərar layihəsi göndərmişdi. Təzkirənin qəbul olunacağı şübhə doğurmur. Mümkündür ki, Pompeonun Ankarada müzakirəyə çıxaracağı mövzular arasında bu məsələ də yer alır.
Pompeo son prezident seçkilərini uduzmuş Tramp hakimiyyətinin dövlət katibidir. Bir neçə aydan sonra ABŞ-da hakimiyyət dəyişiklikləri baş verəcəyindən adətən belə zamanlarda rəsmi Vaşinqtonun nümayəndələri xarici səfərlərdə dişsiz aslan yerinə qoyulurlar. Dolayısıyla tövsiyələrinə qulaq asılıb yola salınırlar. Bir növ, vida səfəri kimi. Görünür, bu səbəbdən də ABŞ dövlət katibinin son səfəri dünya ictimai rəyində o qədər də diqqət çəkmir.
Ana səhifəyə qayıt
Oxunub: 59
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər