"ATƏT-in Minsk Qrupunun həmsədrlər sistemi torpağa gömüldü..." - Nüfuzlu diplomat
(16-11-2020, 18:00)
"ATƏT-in Minsk Qrupuunun həmsədrlər sistemi torpağa gömüldü. Minsk Qrupuunun 27 ildir bir işə yaramadıqlarının şahidi olduq. Xüsusi ilə də Fransa Minsk Qrupuunun üzvü kimi tərəfsiz deyil, tərəfli olduğunu, Ermənistanın yanında olduğunu göstərdi. Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan bəyənatdan sonra etdiyi açıqlama Fransanın əsl simasının sübutu oldu. Fransa bunu açıq şəkildə göstərdi və Fransanın Ermənistan Diasporasının altında əzildiyini gördük. "
Bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
"Fransa ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti qeyri-qanuni əməllərə, işğalçıya passiv seyrçi münasibəti göstərirdi. Fransa hökumətini münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmaq, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirmək əvəzinə Ermənistanyönlü çıxışlar etdi. Və beləcə Fransa BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd çıxışlar etdi. Bütün dünya bilir ki, 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalına müvafiq olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləmiş və erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırmışdı. Bəs bu 27 il də nə baş verdi? Qətnamələrə əməl olundumu? Xeyr. Müzakirələr davam edir deyərək vaxt qazandılar. Nə müzakirə axı? Müzakirələrdə hansı nəticələr əldə olundu? Bir ovuc torpaq belə Azərbaycana qaytarılmadı. Öz evlərindən, yurdundan məcbur çıxarılan insanların haqqları ayaqlar altına atıldı. Kimsə onları öz evlərinı geri qaytarılması üçün düzgün qərarlar almaq üçün can atmadı. haqqın yanında olmaqdan hər zaman qaçdılar. Bunların hesab verməsinin zamanı çatdı artıq.
Can Azərbaycanımızın Cənab Prezidenti, Ali Baş Komutanı İlham Əliyev və Azərbaycanın rəşadətli ordusu dünyaya çox böyük mesaj verdi. 27 illik həsrət 44 gündə bitti. Ən böyük mesaj isə ATƏT-in Minsk Qrupuunun həmsədrlərinə çatdı. Artıq həmsədrlərin işi bitti, öldü, gömüldü onlar. Cənab prezidentin də dediyi kimi Status-kvo deyilən məsələ yoxdur. Qurtardı getdi. Status-kvo belə olmalıdı, elə olmalıdır. İlham Əliyev status-kvonu döyüş meydanında dəyişdirdi. Biz torpaqlarımızı geri aldıq.
Başda Cənab Prezident, Ali Baş Komutan İlham Əliyevi və qəhrəman Azərbaycan xalqını təbrik edirəm. Bəli Qəhrəman xalq, qorxmaz xalq, raketlər üstünü yağan xalq. Amma bu xalq əsla öz evindən çıxmadı. Mülki insanlarımız, qadınlar, körpələr Şəhid oldu. Vətən sağ olsun, prezidentimiz sağ olsun deyib, əsla qorxmadılar. Azərbaycan dövləti də xalqın iradəsinə arxalanaraq qələbə çaldı. Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Yaşasın Cənab Prezidenti, Ali Baş Komutanı İlham Əliyev , yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır",
Ana səhifəyə qayıt
Oxunub: 79
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər