"Paşinyanın kapitulyasiya imzalamaq planından xəbərsiz idim..."
(14-11-2020, 11:30)
"Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan Baş nazir Nikol Paşinyanın kapitulyasiya imzalamaq planlarından xəbərsiz olduğunu açıqlayıb".
Virtualaz.org bildirir ki, "Hraparak" qəzetinin xəbərinə görə, nazir bunu Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçirilən iclasda deyib.
Qəzet qeyd edir ki, Mnatsakanyan son günlərdə gizli fəaliyyətə keçib, çünki Qarabağla bağlı razılaşma hər şeydən əvvəl diplomatiyanın məğlubiyyətidir.
“İclasda iştirak edənlər Mnatsakanyanın açıqlamasına çox qəzəbləndilər və ona inanmadılar. Müavinlərindən biri bu teatrda iştirak etməyəcəyini söyləyərək qətiyyətlə iclası tərk etdi. Erməni diplomatlar hadisəni ölkə rəhbərliyi üçün bağışlanmaz hesab edir və Mnatsakanyanın da istefa verməsinin lazım olduğunu bildiriblər”, - qəzet yazır.
Ana səhifəyə qayıt
Oxunub: 79
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər