“Ermənilərin 1990-cı illərdəki kimi rus sülhməramlılarla dil tapmasına yol vermək olmaz”
(14-11-2020, 09:00)
“Türkiyə və Azərbaycan tərəfdən Rusiya sülhməramlılarına ciddi nəzarət olmalıdır. Çünki buna bənzər təcrübəni biz 1990-cı illərdə yaşamışıq...”
Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, Şuşadan keçmiş məcburi köçkün, istefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov söyləyib.
“Yadımdadır ki, 1990-1991-ci illərdə Qarabağ və ətraf rayonlarda keçmiş SSRİ Daxili Qoşunlarının birləşmələri yerləşdirilmişdi. Əksəriyyəti ruslar olan hərbçilər əsasən erməni və azərbaycanlıların yaşadığı kəndlər arasında, o cümlədən Gorus-Laçın-Şuşa-Xankəndi, Xankəndi-Şuşa, Xankəndi-Xocalı-Əsgəran-Ağdam avtomobil yollarında postlar qurmuşdular. Çox vaxt sərxoş vəziyyətdə olan rus zabitlər bəzən söhbət zamanı açıqca deyirdilər ki, bizim üçün fərqi yoxdu, topumuzun, tankımızın topu neytraldı – kim çox pul verir, arxasını ona tərəf çeviririk... Yəni digər tərəfi başlayırıq atəşə tutub məhv etməyə... Rus zabitləri, əsgərləri Qarabağda və yaxud sovet dövründə hərbi xidmət zamanı ünsiyyətdə olanlar onu da yaxşı bilirlər ki, onların əksəriyyəti alkoqol, spirtli içki düşkünüdür, əyyaşdırlar. Onlar tut arağını, bir də erməni axçilərini görəndə başlarını itirir, hər şey etməyə hazır olurlar... Bunlara bir butulka araq ver, min boynuna, səni hara istəyirsən, aparsın... 1990-cı illərdəki müharibədə ermənilərin bu amildən necə istifadə etdiklərinin Qaşahidi olmuşuq. Xocalı, Qaradağlı və s. soyqırımlarında, o cümlədən digər kənd və şəhərlərimizin işğalında ermənilərin rus zabitlərinə pul, içki, eləcə də öz arvad, bacı və qızlarını peşkəş verməsinin böyük rolu olub. Hələ XIX əsrdə, XX əsrin əvvəlindəki faciəvi olaylarda da... Odur ki, Türkiyə və Azərbaycan rəhbərlikləri, ordu komandanlıqları tərəfindən Rusiya sülhməramlılarına ciddi nəzarət olunmalıdır. Çünki onların xəyanətini, erməniləri qızışdırmalarını və torpaqlarımızın işğalında alət olmaları təcrübəsini biz 1990-cı illərdə yaşamışıq... Biz deyirik ki, Rusiya sülhməramlılarının komandanı müsəlmandır, dağıstanlı general Rüstəm Muradovdur, onunla asan dil tapa bilərik. İndi ermənilər də öz növbəsində ruslarla dil tapmanın dediyim və başqa yolarını düşünürlər. Düzdü, bu dəfə Qarabağda çox erməni qalmayacağından onlar Rusiya hərbçiləri ilə çox ünsiyyətdə ola bilməyəcək. Ancaq bunu Ermənistan ərazisində, məsələn, Laçınla, Kəlbəcərlə qonşu rayonlarda icra edə bilərlər... Yəni sovet ordusunda zabit kimi xidmət zamanı da, 1-ci Qarabağ savaşında da keçdiyim təcrübədən çıxış edərək bir daha təkrar edirəm ki, Rusiya sülhməramlılarıyla həddindən artıq həssas və ehtiyatlı olmaq gərəkdir ki, 30 il öncə başımıza gələnlərin oxşar variantı bir daha övladlarımızın, nəvə-nəticələrimizin başında təkrarlanmasın...” – deyə şuşalı Qarabağ qazisi bildirib.

P.S. Materialı hazırlayarkən məlumat aldıq ki, Gəncəyə onlarla soydaşımızın ölümünə, yaralanmasına səbəb olmuş ballistik raket atılmasına əmr vermiş və bunu həyasızcasına etiraf edən, Azərbaycan Baş Prokurorluunun barəsində cinayət işi qaldırdığı Araik Arutyunyan Qarabağdakı Rusiya sülhməramlı missiyasının rəhbəri, əslən dağıstanlı müsəlman olduğu deyilən general Rüstəm Muradovla görüşdüyünü bildirib və görüşdən şəkil paylaşıb...
Ana səhifəyə qayıt
Oxunub: 69
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər