“Beynəlxalq hüquqa görə, Rusiyanın Qarabağa qoşun göndərmək haqqı yox idi”
(13-11-2020, 11:30)
Rusiya Qarabağ münaqişəsi zamanı əsgərlərini bölgəyə göndərmə haqqına sahib deyildi.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Onun sözlərinə görə, Moskva sülhməramlı göndərmə hüququnu yalnız münaqişə tərəflərinin razılığından sonra aldı.
“Sadəcə qoşun göndərmək, özü də hara? Qarabağa? Beynəlxalq hüquqa görə Rusiyanın belə bir haqqı yox idi”, - deyə o, əlavə edib.
Peskov, Rusiyanın BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə sadiq bir ölkə olaraq qaldığını vurğulayıb.
Ana səhifəyə qayıt
Oxunub: 65
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər