Gürcüstanda daha bir nazir koronavirusa yoluxub
(12-11-2020, 16:30)



Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşviliyə koronavirus diaqnozu qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, nazir özünü hazırda yaxşı hiss edir.

L.Davitaşvili evdə müalicə olunur və distant iş rejiminə keçib. Onun təmasda olduğu bütün şəxslər özlərini təcrid ediblər.

Qeyd edək ki, bundan öncə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnavada da COVID-19 aşkarlanıb, təhsil naziri Mixeil Çxenkeli isə yoluxma şübhəsi ilə özünütəcridə keçib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 74

Xəbər lenti