“Qələbəni bizə yaşadan əsgərlərimizin alnından öpürəm, qarşılarında baş əyirəm”
(12-11-2020, 10:30)



“Çox gözəl günlər yaşayırıq, bunu sözlə ifadə etmək mümkün deyil. Dövlətimiz, xalqımız, ordumuz qələbə qazanıb, bundan gözəl gün ola bilməz. Mən buna görə bizim müzəffər ordumuza və ali  baş komandanımız, tarix yazan sərkərdəmiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Xalq olaraq onu çox sevirik, inanırıq, güvənirik. Qələbəni bizə yaşadan əsgərlərimizin əllərindən, alnından öpürəm, qarşılarında baş əyirəm ki, onların  əzmkarlığı ilə, qanı bahasına bu torpaqlar alındı. Əlbəttə ki, həm də prezidentimizin böyük siyasəti nəticəsində. Biz artıq özümüzü xoşbəxt xalq adlandıra bilərik. Mən düşünürəm ki, 2020 ci ilin ən güclü ordusu Azərbaycan ordusu, prezidenti Azərbaycan prezidenti, birlik göstərən xalqı da elə Azərbaycan xalqıdır” 
Bunu Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova Moderator.az-a söyləyib. O, zəfər sevincini oğlu ilə birlikdə şəhərdə qeyd etdiyini bildirib:
“Zəfər sevincini mən də hamı kimi şəhərdə, oğlumla birlikdə qeyd etdim. Hər kəsin üzündə bir sevinc, fərəh  hissi var idi. Bütün şəhər o qədər möhtəşəm idi ki.. Karvanlar, oynayanlar, oxuyanlar.. Min kərə maşallah! Möhtəşəmliyimiz gözə gəlməsin. Hər zaman bir olaq. Birliyimiz əbədidir, inşallah ki, daha gözəl günlər bizi gözləyir. Mən şəhidlərimizin ruhu qarşısında, onların valideynlərinin qarşısında baş əyirəm. Qoy onların ruhu şad olsun və bu günləri bizə halal etsinlər” deyə əməkdar artist bildirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 96

Xəbər lenti