“Onların adı ədəbiyyatımızda, musiqimizdə, filmlərimizdə əbədiləşəcək”
(12-11-2020, 10:00)

Valeh Kərimov: “Qəhrəmanlarımızın fədakarlığı unudulmazdır”




Sentyabrın 27-də başlayan Vətən Müharibəsi şanlı Azərbaycan ordusunun qalibiyyəti ilə başa çatıb. Hansı ki, dövlətimiz bu müharibə iştirak edən, öz qəhrəmanlığı, igidliyi ilə tarix yazan hərbçilərimizin, şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində lazımi addımlar atacağı şübhəsizdir.

 

Xalq artisti Valeh Kərimov qəhrəmanlarımızın adının, göstədiyi şücaətlərin ədəbiyyatımızda, mədəniyyətimizdə də öz əksini tapacağına inandığını vurğuladı:

 

“Təbii ki, Vətən Müharibəsində iştirak edən, öz qəhrəmanlığı ilə düşmənləri lərzəyə salan, torpaqlarımızı qarışbaqarış azad edən əsgərlərimizin, qəhrəmanlarımızın, şəhidlərimizin fədakarlığı böyük və unudulmazdır. Biz bu böyük qələbəyə görə ilk növbədə onlara borcluyuq. Dövlətimiz hər zaman şəhidlərimizə, müharibə iştirakçılarına, əlillərə böyük qayğı və diqqət göstərib. Vətən müharibəsi iştirakçıları və onların ailələrinin də bu cür qayğı ilə əharə ediləcəyi şübhəsizdir.

 

Şübhəsiz, qəhrəmanlarımızın, şəhdilərimizin adı əbədiləşdirilməli, gələcək nəsillər onların döyüş yolunu öyrənməli, bu insanları tanımalıdır. Bu məsələdə ədəbiyyat da, musiqi də, mədəniyyətin və incəsənətin digər sahələri də yaxından iştirak etməlidirlər və hesab edirəm ki, edəcəklər də. Bu, həm onların isminin əbədiləşdirilməsi, həm qəhrəmanlıq tariximizin təbliği, həm də milli şüurun inkişafı baxımından olduqca vacibdir”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 68

Xəbər lenti