"İşğal altındakı torpaqlara qovuşmaq uzaqdakı sevgiliyə qovuşmağa bənzəyir" -Ürəyi Qarabağla döyünən DİPLOMAT
(11-11-2020, 16:00)



"Can Azərbaycanın qələbəsini ürəkdən təbrik edirəm. Azərbaycanın qələbəsi Türkiyənin qələbəsidir.
Qardaş Azərbaycan xalqını təbrik edirəm".

Bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a Qarabağın 30 illik həsrətdən sonra işğaldan azad olunması ilə bağlı açıqlamasında deyib.

"Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə, onun ətrafında bir araya gələn sadiq Azərbaycan xalqına və qəhrəman ordusuna təşəkkür edirəm. Bundan əlavə, Allah ermənilərin işğalı altındakı torpaqları azad etmək üçün canlarından keçmiş igid əsgərlərimizə rəhmət eləsin. Qazilərimizin acil sağalmasını diləyirəm. Allah qazilərimizə sağlam uzun ömür versin.

Azərbaycan öz ərazilərini 30 ilə yaxındır erməni işğalı altından azad etdi. İşğal altındakı torpaqlara qovuşmaq uzaqdakı sevgiliyə qovuşmaq kimidir. Torpağın suya çatmasına bənzəyir.

No description available.

44 gün davam edən vətən döyüşündə dünya Can Azərbaycanın üstün bir liderə, xalqına rəhbərinə, vətəninə, torpağına və bayrağına sadiqliyini, ordusunun gücünü və əsgərlərinin şücaətini gördü.

Dünya həm də Türkiyə-Azərbaycan qardaşlığının möhkəmliyini , dillər əzbəri olan "Bir millət, iki dövlət" sözləri dildə deyil, əməllərdə olduğunun şahidi oldu.
Son 44 günlük dövrdə başda Cənab Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisi Başçısı Mustafa Şentop, Xarici İşlər Naziri Mevlut Çavuşoğlu və Müdafiə Naziri Cənab Hulusi Akar daim Azərbaycanın yanında oldu, Cənab prezident İlham Əliyevlə tez-tez görüşdülər. Qarabağın həmdə Türkiyə məsələsi olduğunu dedilər. Biz hər zaman dedik istər masada, istərsə də cəbhədə can Azərbaycanın yanındayıq.
Türkiyənin siyasi və diplomatik rəhbərliyi hər zaman qardaşları ilə əməkdaşlığı, dostluğu davam etdirəcəkdir.
Türkiyə, 10 Noyabr 2020-ci ildə imzalanan müqavilənin daim qüvvədə qalması və can Azərbaycanın hüquqlarını qorumaq üçün  lazımi koordinasiyaları quraraq, həmişə Azərbaycanın, Qarabağın ətrafında  olacaq.Azərbaycanımızın böyük Zəfəri və bayramı mübarək olsun.
Qarabağ Azərbaycandır!"
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 102

Xəbər lenti