“Qırmızı Xaç”dan əsirlərin və meyitlərin dəyişdirilməsi ilə bağlı AÇIQLAMA
(11-11-2020, 15:00)



Ermənistanla Azərbaycan arasında meyit və əsirlərin mübadiləsi prosedurlarının başlanılması üçün ilk addım münaqişə tərəflərindən atılmalıdır. 

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəbəri İlahə Hüseynova bildirib. 

İ.Hüseynovaq eyd edib ki, tərəflər razılığa gəldiyi halda, BQXK neytral vasitəçi olaraq, mübadiləni həyata keçirməyə hazırdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə Bəyanatın 8-ci bəndinə görə, “hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilməlidir”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 74

Xəbər lenti