“Paşinyan məğlub oldu, o nə adamdır ki, dövlət başçısı olsun...”
(10-11-2020, 11:08)
“Danışıqlarda deyildiyi kimi Ermənistan qalan rayonlarımızı da boşaltmalıdır, amma mən düşmənin səmimiyyətinə inanmıram”
Bunu Moderator.az-a açıqlamasında Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib:
“Şuşa işğaldan azad olundu, sevindik. Amma Rusiya yenə bu məsələyə müdaxilə etdi. Danışıqlarda deyildiyi kimi Ermənistan qalan rayonlarımızı da boşaltmalıdır, amma mən düşmənin səmimiyyətinə inanmıram. Paşinyan məğlub oldu, o nə adamdır ki, dövlət başçısı olsun. Məhz onun göstərişi ilə bizim Gəncə, Tərtər, Bərdə şəhərlərində insanlarımız qətlə yetirildi. Biz bu qələbəyə görə qardaş Türkiyəyə həmişə təşəkkür etməliyik, bizə dəstək oldular. Düşməni yenə də nəzarətdə saxlamalıyıq, ola bilsin ki, ona verilən vaxt ərzində silahlansın. Mən qalan torpaqlarımız da azad ediləndən sonra tam sevinəcəm”.
Ana səhifəyə qayıt
Oxunub: 79
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər