Dövlət başçısı: “Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur”
(10-11-2020, 09:57)
“Yəqin ki, siz fikir vermisiniz. Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan xalqına müraciətində deyib.
“Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu “müstəqil dövlətdir. Bunlar uzun illər “müstəqil dövlət” kimi yaşayır və Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan, nə oldu bəs? Deyəsən bu “nə oldu Paşinyan” bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan? Yol çəkirdin Cəbrayıla? Rəqs edirdin. Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq. Ona görə bu sənədin çox böyük əhəmiyyəti var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək diqqətlə oxuyacaq. Görəcək ki, biz nə qədər böyük qələbə qazanmışıq".
Ana səhifəyə qayıt
Oxunub: 65
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər