Bakı Metropoliteni: Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir
(7-11-2020, 11:00)
“Bakı metropoliteni” QSC-nin şərti adı “B-3” olan Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir.
QSC-dən verilən məlumata görə, yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar məhz bu standartlara uyğun tikiləcək.
Bənövşəyi xətdə infrastrukturda, hərəkətin təşkilində, idarəetmə sistemlərində yeni texnologiyalar tətbiq olunur. Hazırda Fransanın “Thales” şirkəti tərəfindən Bənövşəyi xətdə SCADA şəbəkəsi qurulur, gələcəkdə qatarların hərəkəti radiokanal idarəetməsi prinsipinə söykənən CBTC sistemləri ilə təmin olunacaq və bu istiqamətdə texnoloji proseslərin ardıcıllığına uyğun ilk addımlar indidən atılır. Burada həmçinin simsiz telefoniyanın birləşdirilməsinə imkan verən TETRA sistemi tətbiq edilir.
Ana səhifəyə qayıt
Oxunub: 67
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər