“Ermənilərin əcnəbi media nümayəndələrinə təzyiqləri ictimaiyyiləşdirilməlidir, amma...”
(6-11-2020, 12:30)

Elçin Şıxlı: “Bu təbliğatın fayda verməsi üçün onun xarici dillərdə həyata keçirilməsinə ehtiyac var”




Son vaxtlar ermənilərin Qarabağla bağlı həqiqətləri dilə gətirən, müahribə ilə bağlı obyektiv xəbərlər yayan əcnəbi jurnalistləri, beynəlxalq media təşkilatlarının nümayəndələrini ciddi təzyiq və təhdidlərə məruz qoyduğu müşahidə edilir.

 

Maraqlıdır, əcnəbi media nümayəndələrini mənəvi terrora məruz qoyan ermənilərin bu əməllərinin beynəlxalq miqyasda ictimaiyyiləşdirilməsi, ermənilərin terrorçu mahiyyətinin ifşası baxımından faydalı ola bilərmi?

 

Media eksperti Elçin Şıxlı bu məsələdə əcnəbi dillərdə təbliğatın daha çox fayda verə biləcəyini vurğulayıb:

 

“Əcnəbi jurnalistlərə, beynəlxalq media qurumunun əməkdaşlarına edilən bu təzyiqlərə dünyada kifayət qədər diqqət var. Əslində onlar erməniləri kifayət qədər yaxşı tanıyırdı və baş verənlərdən sonra daha yaxşı tanıyacaq.

 

Təbii ki, bzi də öz növbəmizdə bu prosesləri ictimaiyyiləşdirməliyik. Lakin bunu Azərbaycan dilində eləmək lazım deyil. Çünki bunu sadəcə Azərbaycan dilində eləsək, bundan kimsə xəbər tutmayacaq. Bu təbliğat, maarifləndirmə işi əcnəbi dillərdə - rus, ingilis, alman, fransız və s. dillərində aparılmalıdır. Yalnız belə olduğu tədirdə bunun hansısa faydasını görmək olar”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 98

Xəbər lenti