2 şəhər və 8 rayonda fəaliyyət göstərəcək sahələr açıqlanıb
(6-11-2020, 10:00)
Xüsusi karantin rejimi çərçivəsində Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyət göstrəəcək sahələr müəyyənləşib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti, digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində), səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri, kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), yük daşımaları və logistika xidmətləri, fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti, apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti, mühafizə xidmətləri dfəaliyyət göstərəcək.
Ana səhifəyə qayıt
Oxunub: 59
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər