Erməni mediası Paşinyanın arvadının kumirinin informasiyalarının FEYK olduğunu etiraf etdi...
(5-11-2020, 11:00)

“Hansısa naməlum səbəbdən Anna Akopyan A. Ovannisyanın Müdafiə nazirinin müavini   vəzifəsinə təyin olunmasında  maraqlıdır...”




“Dünəndən bəri Müdafiə Nazirliyində nazir müavininin boş yerlərindən birinin yaxın günlərdə bəzilərinin kumirinə çevrilmiş, hər gün cəbhədəki vəziyyət barədə məlumat verən (bəzən reallıqla heç bir əlaqəsi olmayan) və cəbhədə hökm sürən gerçək vəziyyətdən asılı olmayaraq "Biz qalib gələcəyik"- deyə erməni cəmiyyətini ruhlandıran Artsrun Ovannisyan tərəfindən tutulacağı ilə bağlı söz-söhbətlər davam edir”. 

Bu cümlə işğalçı ölkənin "Hraparak" qəzetindəndir. 

Qəzetin mənbələrinə görə,  hansısa naməlum səbəbdən qəsbkar ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinin bu vəzifəyə təyin olunmasında baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyan maraqlıdır.

“Artsrun Ovannisyan sualımıza cavab olaraq “Bu, ciddi deyil, bu, qeyri-mümkündür”- deyə cavab verdi. Bunun niyə mümkün olmadığı, nazir müavini vəzifəsi üçün özünün kvalifikasiya tələblərinə cavab verməməsi barədə suala isə A. Ovannisyan cavab vermək istəmədi” -erməni qəzeti belə yazır.
P.S. Göründüyü kimi,  Ermənistan qəzetinin verdiyi informasiyanın birinci cümləsindəki  mötərizədə “bəzən reallıqla heç bir əlaqəsi olmayan” ifadəsi ilə təcavüzkar ölkə MN-in rəsmisi A.Ovannisyanın Qarabağ müharibəsi haqda yaydığı məlumatların çoxunun həqiqətdən tamamilə uzaq olduğu etiraf edilir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 63

Xəbər lenti