Beynəlxalq Qarabağ Forumunun 8-ci toplantısı keçirilib  
 (4-11-2020, 17:00) 
	Beynəlxalq Qarabağ Forumunun (BQF) videokonfrans formatında növbəti, 8-ci toplantısı keçirilib. 
Toplantı iştirakçıları Türkiyənin İzmir şəhərində zəlzələdən həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib, bütün Şəhidlərin xatirəsini yad ediblər. Forumun koordinatoru, QAT sədri Akif Nağı Azərbaycan Ordusunun son uğurları, cəbhədə vəziyyətlə bağlı məlumat verib.
İlk olaraq təşkilati məsələlərə baxılıb, müxtəlif ölkələrdən təşkilat rəhbərləri və təmsilçiləri- Avstriyadan Fərid Əzizov, Niderlanddan Mayisə Ağamirzəyeva və İlkanə Qoca, Ukraynadan Məmməd Bağırov, Şöhrəddin Əsgərov, Elxan Nuriyev, İspaniyadan Vahid İmanov Foruma üzv seçiliblər. Toplantı iştirakçıları Forumun daimi fəaliyyət göstərən orqanı olan Koordinasiya Şurasının işinin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparıb, uyğun qərar qəbul ediblər.
Sonra Forumun ötən hesabat dövründə həyata keçirdiyi tədbirlər dəyərləndirilib, görüləcək işlərə dair müzakirələr aparılıb. Müzakirələrdə Ziya Zakir Acar (Türkiyə), Saleh Qəhrəmanlı (Fransa), İradə Əliyeva (İsveç), Burzu Əliyev (Ukrayna), Akif Nağı (Azərbaycan), Kərəm Karabulut (Türkiyə), İlham Əliyev (Rusiya), Fərhad Turanlı (Ukrayna), Mayisə Ağamirzəyeva (Niderland), Samir Həsənov (Almaniya), Mustafa Qula Bala (Almaniya), Mehriban Abdullayeva (Azərbaycan), İlkanə Qoca (Niderland), Sözer Akyıldırım (Türkiyə), Cəfər Dal (Türkiyə), Elşən İbrahimov (Rusiya), Azər Səfərov (Rusiya), Elxan Nuriyev (Ukrayna) və digərləri iştirak edib, Azərbaycanın Ermənistana qarşı azadlıq müharibəsi ilə bağlı yaranmış yeni şəraiti dəyərləndirib, bundan sonra fəaliyyətinin daha səmərəli olması üçün atılacaq addımları müəyyənləşdirib, ilkin qərarlar qəbul ediblər.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 95
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






