“Təcavüzkar niyyətlər üçün başqa xalqın torpaqlarını işğal edən xalq hər cür töhmətə, təhqirə layiqdir...”
(4-11-2020, 09:30)




“Sözsüz ki, əhalisi 1 milyon 800 min nəfər olan, müharibədə itkilər verən Ermənistanda orduya çağırış edib adam tapmaq çətindir. Demək olar ki, ermənilərin əksəriyyəti müharibədə döyüşməkdən yayınmaq üçün ölkədən qaçır”

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 Politoloq ermənilərin yeniyetmələri orduya cəlb etməsinin əhəmiyyətsiz olduğunu bildirib:

“Erməni ordusunun müharibəyə cəlb etdiyi yeniyetmələrin içində cılız qızlar da var. Sözsüz ki, əhalisi 1 milyon 800 min nəfər olan, müharibədə itkilər verən Ermənistanda orduya çağırış edib adam tapmaq çətindir. Demək olar ki, ermənilərin əksəriyyəti müharibədə döyüşməkdən yayınmaq üçün ölkədən qaçır. Qaldı ki, körpə uşaqların orduya cəlb edilərək təlim keçməsi bir virtualdır. Bununla onlar cəmiyyətə təsir etmək, ruh aşılamaq istəyirlər. 12-13 yaşlı qız necə döyüş apara bilər? Müəyyən qədər oğlan uşaqları gedib artilleriyada topun mexanizmini işə salan kəndiri darta bilər, amma bəzən buna da gücləri çatmır. Bu nöqteyi-nəzərdən ermənilərin yeniyetmələrin fotolarını çəkib tirajlaması ordunun özündə ruh düşkünlüyünün qarşısını almaq üçün hesablanıb. Bunlar isə hamısı əhəmiyyətsizdir. Düşünürəm ki, təcavüzkar niyyətlər, başqa xalqın torpaqlarını işğal etmək üçün belə əməllərə gedən və körpə uşaqlarda istifadə edən xalq hər cür töhmətə, təhqirə, aşağılayıcı qiymətə layiqdir”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 66

Xəbər lenti