Klinikanın zirzəmisində meyit aşkarlanması ilə bağlı rəsmi məlumat  
 (2-11-2020, 14:30) 
	Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Sumqayıt şəhərində yerləşən “Hippokrat” klinikasının zirzəmisində naməlum kişi meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı Baş Prokurorluqdan bildirilib ki, noyabrın 1-də saat 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Hippokrat” klinikasının yaxınlığında naməlum kişi meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Naməlum meyitə baxış zamanı onun üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 84
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






