"Qarabağ" 450-ci qələbəsini qazandı  
 (2-11-2020, 09:00) 
	“Qarabağ” komandası Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın VIII turuna təsadüf edib. “Keşlə”ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubu bunadək 449 dəfə qalib gəlmişdi. 450-ci uğur 804-cü matça təsadüf edib. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.
“Azersun Arena”dakı görüş həm də mövsümün iki rekordu ilə əlamətdar olub. Cari çempionatda ən çox qolun vurulduğu matçda həm də ən böyükhesablı nəticə qeydə alınıb.
Qeyd edək ki, “Qarabağ” ölkə çempionatlarında ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 86
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






