“Azərbaycana gələndə hönkürtü ilə ağlamışdım” -Məşhur türkiyəli aktrisa-FOTOLAR
(28-10-2020, 10:09)




“Türk milləti olaraq ermənilərin etdiyi bu hərəkətlərin səhv olduğunu əlbəttə ki, hamımız bilirik. Sonuna qədər də Azərbaycan bizim qardaş ölkəmiz, sonuna qədər də arxanızdayıq” 

Bu sözləri Moderator.az-a tanınmış türkiyəli aktrisa Mələk Baykal deyib. Aktrisa həmçinin şəhidlərimiz üçün kədərləndiyini də bildirib:

“Öz torpaqlarınızı almaq sizin borcunuzdur. Üstəlik də bu ərazilər sizin əzəli torpaqlardırsa.. Şəhidləriniz üçün də inanın ki, ürəkdən üzülürəm. Nəinki mən, bütün türk milləti. Bu günlərdə də instaqram səhimdə ürək sözlərimi paylaşdım. Mən zaman-zaman əlimdən gəldiyi qədər Azərbaycanla bağlı instaqram səhifəmdə postlar paylaşıram. Hətta mən ölkənizə gələndə kövrəlmişdim, hönkürtü ilə ağlamışdım da” deyə bildirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 122

Xəbər lenti