Misir mətbuatından Qarabağ məsələsinə haqlı yanaşma
(21-10-2020, 11:33)
Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bu ölkənin “almydannews” qəzetində müsahibəsi dərc olunmuşdur.
Diaspora sədri Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu qeyd edib. O, ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb.
Seymur Nəsirov vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. O vurğulayıb ki, işğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır.
Diaspora sədri, bir çox dünya dövlətləri, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çoxlu sayda beynəlxalq təşkilatlar erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı hadisəsini "soyqırım" kimi tanıdığını qeyd etmişdir.
Ana səhifəyə qayıt
Oxunub: 74
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər