Azərbaycan xalqı Ali Baş Komandanına güvənir!
(21-10-2020, 11:32)
Qüdrətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını alaraq əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu əməliyyatlar nəticəsində işğal altındakı bir sıra ərazilərimiz azad olunub. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır.
Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq alçaq hərəkətlərə əl atır. Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir. Həftə sonu düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub. Mülki əhalidən ölənlər və yaralananlar, hətta zərərçəkənlər arasında körpələr də var.
Xalqımız da dövətimiz də çox yaxşı bilir ki, belə təxribatlara əl atmaqda mənfur düşmənin məqsədi aramızda ruh düşkünlüyü yaratmaq, döyüş əzmimizi qırmaqdır. Lakin onlar bilmirlər ki, Azərbaycan xalqının kiçikdən böyüyə hər bir nümayəndəsi əsgərdir, hər biri vətən uğrunda gözünü belə qırpmadan ölümə getməyə hazırdır.
Azərbaycan xalqı öz Ali Baş Komandanına güvənir və bilir ki, “Qovacağıq onları, axıra kimi qovacağıq!"
Qara Kərimov,
BDU-nun Tarix fakültəsinin tələbəsi
Ana səhifəyə qayıt
Oxunub: 78
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər