“Cəbhə bölgəsindən bu axşam qayıtmışam, görün bu xalq nə qədər böyük bir xalqdır ki...”
(20-10-2020, 17:05)







“Görün bu xalq nə qədər böyük bir xalqdır ki, körpəsindən-qocasına kimi hamı bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşib”

Bunu  açıqlamasında müğənni Səyyad Əlizadə deyib. 

Müğənni doğulduğu Füzuli rayonunun işğaldan azad olunmasına görə sevindiyini bildirib və digər işğal altdakı torpaqlarımızın da azad ediləcəyini arzu etdiyini deyib:

“Məlum oldu ki, Qarabağla bağlı bizim bilmədiyimiz şeylər çoxdur. Bu gün şükür Allaha torpaqlarımız işğaldan azad olunur. Bilirsiniz ki, doğulub boya-başa çatdığım Füzuli rayonu da artıq işğladan azad olunub. Cəbhə bölgəsindən bu axşam qayıtmışam. Görün bu xalq nə qədər böyük bir xalqdır ki, körpəsindən-qocasına kimi hamı bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşib. Bu günlərə şükür olsun. Mən də sizi təbrik edirəm, siz məndən də çox Qarabağlısınız. Çox təəssüflər olsun ki, torpaqlarımız otuz il idi ki, rusların köməyi ilə erməni faşistlərinin tapdağındaydı. İndi sağ olsun bizim Ali Baş Komandanımız, Ordumuz, xalqımız, bizi dəstəkləyən dövlətlər.

Cəbhə bölgəsində heç kim evini tərk etmir, düşməndən qormur və döyüşə can atır. Yəni ölümdən heç kim qorxmur. Torpaqlarımız nəyin bahasına olursa-olsun işğaldan azad olunmalıdır. Bu günə şükürlər olsun ki, Allah o günləri bizə qismət elədi”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 86

Xəbər lenti