“Arzu etdim ki, Şuşanın, Kəlbəcərin, Laçının işğaldan azad olunması xəbəri gəlsə...”
(20-10-2020, 17:04)
“Bir sənət adamı kimi cəbhə bölgəsinə səfərlərimiz davam edir. Artıq iki dəfə Müdafiə Nazirliyinin təşəbbüsü ilə Gəncə və Daşkəsənə səfər etmişik”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ehtiram Hüseynov deyib.
Muğam ifaçısı doğma torpaqlarımıza qayıtmaq üçün darıxdığını bildirib:
“O yerlərimizə qayıtmaq üçün hamımız darıxırıq. İki gün öncə doğum günümü qeyd edəndə bir daha Allahdan arzu etdim ki, kaş Şuşanın, Kəlbəcərin, Laçının işğaldan azad olunması xəbəri gələydi. Bir sənət adamı kimi cəbhə bölgəsinə səfərlərimiz davam edir. Artıq iki dəfə Müdafiə Nazirliyinin təşəbbüsü ilə Gəncə və Daşkəsənə səfər etmişik. Bundan sonra da səfərlərimiz olacaq və bu həftə yenə yola düşməliyik. Doğulduğum Laçın rayonuna ilk dəfə gedəndə o qədər şey arzu etmişəm ki, heç özüm də bilmirəm hansını həyata keçirəcəm. Amma onu bilirəm ki, Allahın köməkliyi ilə hər şey yaxşı olmalıdır”.
Xatırladaq ki, muğam ifaçısı Ehtiram Hüseynov 1980-ci il oktyabrın 18-də Laçının Hacısamlı kəndində anadan olub.
Ana səhifəyə qayıt
Oxunub: 104
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər