“Onları böyük faciə gözləyir, ya şikəst olacaqlar, ya da məhv”- Qorxulu və dəhşətli erməni xəstəliyinin müalicəsi varmı?
(20-10-2020, 11:00)
Həkim- nevroloq Qalib Əsədov Moderator.az-a müsahibə verib.
O oxucularımıza erməni xəstəliyi və simptomları haqqında danışıb.
- Qalib bəy, öncə istərdim erməni xəstəliyi haqqında bizə məlumat verəsiz. Bu niyə məhz erməni xəstəliyi adlandırılıb?
- Ümumiyyətlə təbabətdə erməni xəstəliyi adlanan bir xəstəlik var. Əslində bunun adı nevropatiya olmadan periodik ailəvi amiloidoz gedir. Amma bu ən çox ermənilərdə rast gəldiyi üçün adını “erməni xəstəliyi” qoyublar. Ensiklopediyalarda da bu adla gedir, həkimlər də öz aralarında bu adla danışırlar.
- Erməni xəstəliyinə sırf ermənilərdə rast gəlinir?
- Araşdırmalar nəticəsində məlum olub ki, 6 faiz hallarda erməni millətindən olmayan insanlar da bu xəstəliyə yoluxa bilər. Hökmən deyil ki, onlar erməni olmalıdır. Amma adətən, 94 faiz hallarda ermənilərdə rast gəlinir.

- Bu xəstəlik elmə ilk dəfə nə vaxt məlum olub və kim araşdırıb?
- Daniel Kaster adlı böyük bir gen mühəndisi var. O tədqiqatlar aparıb və məlum olub ki, 2 min il bundan qabaq şimali Afrikada yaşayan insanların bəzilərində 16-cı xromosomun qısa qolunda mefv adlı bir gen var. Həmin gendə mutasiya olanda bu irsən nəsildən-nəsilə keçir və belə bir xəstəlik yaranır. Periodik olaraq qızdırma qalxır, qarında ağrılar olur, ümumi halsızlıq və baş ağrısı kimi hallar əmələ gəlir. Maraqlıdır, mutasiya baş verib şimali Afrikada, indi Efiopiya və İraqın yerləşdiyi ərazidə.Bu gün həmin xəstəliyə ermənilərdə rast gəlinir. Deməli bunların kökü şimali Afrikada olub, ordan köç edib gələnlərdir, bu gün də həmin geni daşıyırlar. Bun gün Efiopiya əlifbasına, bayrağına baxsanız demək olar ki, ermənilərinki ilə eynidir.
- Ola bilərmi ermnəni xəstəliyi həm də psixi pozuntu olsun?
- Əlbəttə bu onların psixologiyasında da, davranışlarında da pozğunluqlara gətirib çıxarıb. Bu gün erməni millətçiliyi, ermənilik deyərdim ki, Hitler faşizmindən, nasizmdən, daha kəskin, daha ciddidir. Onların kifayət qədər ciddi alimləri elə bir əfsanələr uydurub, elə yalanlar danışırlar ki, bütün dünya bunlara gülür. Məsələn, tanınmış erməni yazıçısı Qardaşyan yazır ki, o vaxt Nuh tufanı olub, Nuh peyğəmbər əslində ermənidir. Hətta buna erməni siyasətçiləri o qədər inanır ki, bu gün ermənistanın gerbində Ərafat dağını, Nuhun gəmisini əks etdiriblər. Buna görə də deyirlər ki, biz dünyanın qədim dövlətiyik. Onların bu kimi sərsəm fikirləri çoxdur.
- Ermənilərin özü bundan ziyan çəkirmi?
- Bu xəstəlik ermənistanı çox bədbəxt hala salıb. Bütün regional proyektlərdən uzaq qalıblar. Əgər onlar normal yaşasaydılar, bu gün ordan neft kəməri keçə bilərdi, İpək yolu keçə bilərdi. Hal-hazırda onlar erməni diasporundan, başqa dövlətlərdən asılı vəziyyətə düşüblər.
- Erməni xəstəliyinin müalicəsi varmı?
- Bu həm də xislətdir. Erməni xəstəliyini həkimlər yox, ordumuz və cənab prezidentimiz müalicə edəcək. Mən buna inanıram. Ermənilər bu xəstəlikdən yaxa qurtarmasalar onları böyük faciə gözləyir. Bu xəstəlik müalicə olunmasa onlar ya şikəst, ya da məhv olacaqlar.
Ana səhifəyə qayıt
Oxunub: 107
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər