Baş Prokurorluq ermənilərin Tərtərdə pambıq emalı zavodunu atəşə tutması faktı ilə bağlı məlumat yayıb
(20-10-2020, 09:30)
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artileriya və raket atəşinə tutmaqda davam edir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
Ana səhifəyə qayıt
Oxunub: 64
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər