“Evdə müalicə alır, yavaş-yavaş danışır, gəzir” - İnsult keçirən Xalq artistinin oğlu
(15-10-2020, 11:30)
Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən xalq artisti Arif Babayevdən xəbər var.
Xalq artistinin oğlu Yaşar Babayevlə əlaqə saxlayaraq, xanəndənin səhhətini xəbər alınıb.
“Atam 4-5 gündür ki, xəstəxanadan evə buraxılıb. Hələ ki, səhhətində problemlər var. Evdə müalicə alır, yavaş-yavaş danışır, gəzir. Arif müəllimin səhhəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Ailəmiz adından Mehriban xanıma təşəkkürümüzü bildiririk” deyə xanəndənin oğlu bildirib.
Qeyd edək ki, sənətkar bir neçə gün öncə insult keçirib və təcili tibbi yardımla şəhər xəstəxanalarının birinə yerləşdirilib.
Ana səhifəyə qayıt
Oxunub: 91
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər