Sahibkarlara 90 milyon manat biznes krediti ayrılıb
(14-10-2020, 16:11)
Sahibkarlara 90 milyon manat həcmində biznes krediti ayrılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən 13 oktyabr tarixinədək kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes krediti üçün 3000-dək müraciət qeydiyyata alınıb.
Artıq, 346 müraciət üzrə ümumi həcmi 90 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib.
Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.
Ana səhifəyə qayıt
Oxunub: 83
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər