Toyunda bəy kostyumu yerinə hərbi forma geyindi: “30 ildən sonra yenə bu formanı geyindim” - FOTOLAR
(3-10-2020, 17:30)
“30 ildir ki, biz bu günü, zəfər xəbərini gözləyirik. 30 ildən sonra insan bu xəbəri eşidəndə necə olar? Göz yaşlarım sel oldu.. İnanın, özümdən asılı deyildi”
Bunu Moderator.az-a əməkdar artist, xanəndə Cabir Abdullayev bildirib. Sənətçi cəbhədən gələn xəbərləri sevinclə qarşılayır:
“İllərdir ki, torpaqlarımız işğal altında idi. Bu gün bizim artıq güclü ordumuz var. Cənab prezidentin dediyi kimi biz bir qarış da torpağımızı düşmənə verməyəcəyik. Xalqımız da çox sevinir. Mən 30 ildən sonra ilk dəfə əynimə hərbi forma geyindim. Biz də əsgərik, vətən üçün canımızdan keçməyə hazırıq” deyə əməkdar artist bildirib.


Ana səhifəyə qayıt
Oxunub: 115
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər