Kişi qıtlığı çəkən işğalçı ölkə qadın batalyonu yaratmağa məcbur oldu...
(1-10-2020, 17:00)
"Qızların əksəriyyəti şəkillərini çəkməməyi və hətta adlarını açıqlamamağı xahiş ediblər, çünki cəbhəyə yazılmağa qardaşlarından, ata və ərlərindən gizli gəliblər".
Bunu “Sputnik-Armeniya” yaxın günlərdə Qarabağdakı döyüş meydanlarına atılacaq xüsusi qadın batalyonunun yaradılması haqda yaydığı xəbərdə bildirib.
Bildirilir ki, qadın batalyonuna yazılanların qeydiyyatı Ermənistan Müdafiə Nazirliyi yanında İctimai Şurada aparılır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağın döyüş meydanlarında minlərlə erməni əsgərinin öldüyü barədə məlumat yayıb.
Məgər Ermənistanda silah götürməyə hazır olan oğlan və kişi qalmayıb? Doğrudanmı Paşinyan döyüş meydanlarını gah əli avtomatlı həyat yoldaşına, gah da xüsusi qadın batalyonuna etibar etməli olur? Həqiqətənmi, artıq silaha sarılası kişilər qalmayıb?
Xüsusi qadın batalyonunun formalaşması barədə məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən sosial şəbəkələrdə yerləşdirilib. Batalyona isə erməni milisinin podpolkovniki Marina Ayrumyan başçılıq edir.
Maraqlıdır ki, qadın batalyonuna yazılanlar arasında erməni əsilli iranlı, 35 yaşlı Anqina İsanyan da var.
Ana səhifəyə qayıt
Oxunub: 101
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər