"Fransa dövlət başçıları nədən hər zaman ermənipərəst mövqeyi ilə seçilirlər?"
(1-10-2020, 15:30)
Dünən Rusiya prezidenti Vladimir Putinlə Qarabağda yaranmış vəiyyəti müzakirə edən Fransa Prezidenti Emmanuel Makron bu müzakirəyə Donad Trampi da qatmaq istəyir. Gözlənilir ki, onun təşəbbüsü ilə Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın dövlət başçıları Qarabağdakı vəziyyətə dair birgə bəyanatla çıxış etsinlər.
Odur ki, bir neçə gündür ki, Azərbaycana təsir etmək üçün hər vasitəyə əl atan Emmanuel Makrona bildirmək istərdim.
Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasına, Strasburqun Notr-Dam kilsəsinin təmirinə, Parisdə Versal Sarayının parkındakı abidələrin, yanğına məruz qalan Notr Dame kilsəsinin bərpasına Heydər Əliyev Fondundan on milyonlarla avro vəsait ayrılıb.
1996-cı ildən Azərbaycanda neft-qaz hasilatına cəlb olunan, hazırda “Abşeron” layihəsində 50 faiz pay sahibi olan Total şirkəti “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsində də iştirak etmək istəyir.
Görəsən, Azərbaycanla bu qədər sıx mədəni və iqtisadi əlaqələri olan Fransa dövlətinin başçıları nədən hər zaman ermənipərəst mövqeyi ilə seçilirlər?
Qubad Ibadoğlu, İqtisadçı alim
Ana səhifəyə qayıt
Oxunub: 117
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər