Nazir: "İndiyədək 210 şagird koronavirusa yoluxub"
(1-10-2020, 10:00)
“İndiyədək 387 şagirdin, 23 müəllimin hərarəti 37 dərəcədən çox olub. Dərsdən təcrid edilən 78 şagird və 2 işçi heyəti olub. Yoluxan şagirdlərin sayı indiyə qədər 210 nəfər olub”.
Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.
Onun sözlərinə görə, məktəblərdə kütləvi şəkildə yoluxma olmayıb: “Yəni yoluxan şagird olanda bir neçə şagirdin yoluxması olmayıb. Virus hazırda məktəbdən evə yox, evdən məktəbə gedir. Bir sinifdə kütləvi yoluxma olmayıb. Müəllimlər arasında isə Qubada bir kənddə 8 müəllim yoluxub. Bu məktəb distant təhsilə keçirilib. Ümumilikdə 19 sinif, bir məktəb distant təhsilə keçib. 14 gün bitdiyi üçün gələn həftə bəzi siniflər distant təhsildən çıxacaq. Yoluxan şagirdlərlə təmasda olan şagirdlərin sayı 612, yoluxan heyət sayı 59, təmasda olan heyət sayı 76 olub”.
Ana səhifəyə qayıt
Oxunub: 85
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər