ETSN rəsmilərinin görmədikləri - VİDEOFAKT
(1-02-2024, 11:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində ağaclar kütləvi şəkildə qırılır...
11 saylı mərkəzin direktoru Nəsimi Nəsibov başda olmaqla ekologiya işçiləri meşələrimizə qənim kəsilib. Aşağıda təqdim etdiyimiz videodan da açıq şəkildə görünür ki, meşələrimizin qənimi məhz elə meşəni qorimaqla vəzifəli olan şəxslərdir. Çünki vidoçarxda gördüyünüz ağacların qırılması meşə gözətçilərinin iştirakı və razılığı olmadan faktiki olaraq mümkün deyil.
Maraqlı olan başqa bir məsələ isə sosial şəbəkələrdə yayılan bu görüntülərin ETSN rəsmilərinin görməmələridir. Doğrudanmı ETSN rəsmiləri baş verənləri və yayımlanan görüntüləri görmür, ya da da görmək istəmirlər? Bu da başqa bir problemdir və ETSN rəsmiləri meşələrimizdə baş verənləri görməmələri və yaxud görmək istəməmələri əslində çox şeydən xəbər verir...
Qeyd edək ki. sosiaı şəbəkələrdə yayılan görüntülərdən belə çıxır ki, non bir neçə ayda Cəlilabad, Masallı və Yardımlı rayonlarının meşələrində minlərlə ağac qanunsuz kəsilib. Məsələnin ilginc tərəfi odur ki, kəsilən ağaclar arasında yüzlərlə “Qırmızı Kitab”a düşən nadir ağac növləri var.
Poliqon.info
Ana səhifəyə qayıt
Oxunub: 7
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər