“Ön cəbhədə olmayanlar peyğəmbərlərimizin silahına sarılmalıdır... "
(29-09-2020, 09:30)
Daxildə və xaricdə kimin necə qiymətləndirilməsindən asılı olmayaraq bu anlarda torpaqlarımız uğrunda faktiki genişmiqyaslı hərbi əməliyyatlar aparılır. Ordumuz əks-hücum əməliyyatları sayəsində bir sıra istiqamətlərdə yaşayış məntəqələrimizi və strateji yüksəkliklərimizi azad edib. Bu dəqiqələrdə bəlkə də daha neçə məntəqə və yüksəkliyimiz azad edilməkdədir. Sözsüz ki, itkilərimiz, şəhid olanlarımız, yaralılarımız da var. Bu, savaşdır. Və ən ağır anlarda belə, ən doğmalarımızı itirdiyimiz məqamlarda belə, təşvişə, panikaya, qapılmamalı, ruhdan düşməməliyik. Çünki bu, yalnız birimizin, bir nəslin, bir tayfanın məsələsi deyil, bu günlər bütün Azərbaycan xalqının, Türk dünyasının, Müsəlman aləminin taleyində bir şərəf, namus məsələsi həll olunur. Odur ki, Allaha güvənərək hər birimiz son imkana, son gücümüzə, son nəfəsimizədək dirəniş göstərməliyik...
***
Bu dəfə geri dönmək yoxdur. Bu dəfə yalnız irəli!..
***
Təbii ki, bu savaşda ən böyük güc, ən böyük məsuliyyət, ən böyük yük ön cəbhədə, səngərlərdə döyüşən hərbçilərimizin, əsgər, zabit və generallarımızın üzərinə düşür, ən böyük həyati təhlükə onların başı üzərindədir.... Allah onları qorusun!..
***
Bəs arxa cəbhədəkilər nə etməlidir? Hər kəs işinin, vəzifəsinin başında özünü döyüşdə kimi hiss etməli, hər bir məsələyə son dərəcə məsuliyyət, qeyrət və vicdanla yanaşmalıdır. Bir sözlə, hər birimiz konkret əməlimizlə ön cəbhədəki qəhrəmanlarımıza mümkün qədər yardımçı olmalıyıq. Məmurlarımız əvvəlkindən on qat daha artıq məsuliyyətlə çalışmalı, səhvə, səhlənkarlığa yol verməməli, ön cəbhədə döyüşən hərbçi ailələrinin problemlərini vicdanla və mümkün qədər tez həll etməlidirlər...
***
Sağlamlıığı imkan verən hər bir kəs yaralılarımız gətirilən hospital və xəstəxanalara yaxınlaşıb qan verməlidir. Hansı qan qruplarına daha çox ehtiyac olduğunu yəqin ki, hamı bilir....
***
Əgər ehtiyac yaranarsa, imkanı olanlar ön cəbhəyə, ərzaq yardımı da təşkil etməlidir. Gərək olarsa, hər kəs evindəki son çörəyindən də döyüşən əsgərimizə pay ayırmalıdır...
***
Arxa cəbhədə ön cəbhədəkilər üçün bir iş görə bilənin də, bilməyənin də bu anlarda ən böyük mənəvi-ruhi borcu səngərdə olan hər bir əsgərimiz, zabitimiz, generalımız üçün dua etməkdir.... Namaz qılan namazında, qılmayan, sadəcə, gündəlik işləri boyu qəlbində Allaha qələbəmiz, savaşçılarımızın düşmən, kafir gülləsindən qorunması, mümkün qədər az itkilər verməmiz üçün dua etməlidir....
***
Bulməyənlər bilsin. Dua – böyük gücdür. İmamlarımız Allaha duanı Peyğəmbərlərimizin silahı adlandırır....
***
Bu anlarda ön cəbhədə olmayanlar peyğəmbərlərimizin silahına sarılmalı və öndə savaşan döyüşçülərimiz üçün bir böyük mənəvi-ruhi qələbə aurası yaratmalıdır...
***
Dua etmək - çətin iş deyil. Ya səcdədə, başımız yerdə ikən, yaxud dizləri üstdə əllərimiz açıq ikən və ya sadəcə, oturanda, hərəkət edəndə, yataqda uzananda belə, cəmi bir neçə cümlə ilə səmimi-qəlbdən, ixlasla Yaradana yalvarmaq lazımdır:
Ya Allah! Ya Rəbbi! Səngərlərdə savaşan hərbçilərimizə güc-qüvvət ver, onları düşmənin mərmisindən, gülləsindən qoru! Ya Allah, bizlərə bolluca səbr və təmkin ver! Sən özün bizləri kafir qövm üzərində qalib et!.. Amin!
Allah bizimlədir! Qələbə bizimlədir, İnşallah!...
Ana səhifəyə qayıt
Oxunub: 99
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər