Rauf Vəliyev ixtisarlara başlayıb - Məhkəməyə müraciət var
(26-01-2024, 08:30)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır.
Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin göstərişi ilə qurumun tabeçiliyində olan bira şöbə və idarələr bağlanıb, işçi ixtisarları aparılıb. İxtisarların yay aylarına kimi davam edəcəyi deyilir.
İşçilərə az maaşla başqa yerlərdə iş təklif edilir, qəbul etməyənlər azad edilirlər. Gizli qərar isə Rauf Vəliyevə yaxın adamlardan başqa hər kəsə şamil olunur.
Bu arada Dadaşov Fərhad Əmirulla oğlu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni məhkəməyə verib. Fərhad Dadaşov məhkəmədə şirkət barəsində "Əmək mübahisələri - Əmək haqqı tələbi" iddiasını qaldırıb.
İşə Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının sədrliyi ilə baxılacaq.
Ana səhifəyə qayıt
Oxunub: 14
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər