Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
(28-09-2020, 16:09)
Prezident İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında
sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ana səhifəyə qayıt
Oxunub: 81
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər