ŞOK! ŞOK! 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Namiq Yusifov cinayət məsuliyyətindən niyə uzaqlaşdırılıb?
(1-01-2024, 20:00)




 ŞOK! ŞOK! ŞOK! 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Namiq Yusifov cinayət məsuliyyətindən niyə uzaqlaşdırılıb?  Redaksiya olaraq bu gün Yusifov Namiq haqqında nəzərinizə bir iki nüans çatdırmaq istəyirik. Əvəllər 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi olub. Vəzifədə olduğu müddətdə kifayət qədər haqsızlığa yol vermişdir. Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudovla əlbir olub. Bütün nə qanunsuz işlər varsa hər biri Namiq Yusifovun vaxtında olub. Sadəcə maraqlı məqam odur ki, Namiq müəllimi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməsinin səbəbi nə oldu. Çox güman ki, etdiyi qanunsuz əməllərdən nazirlik xəbərdar olub, bəlkə düzələr məqsədi ilə sözügedən idarəyə göndəriblər.    Daha sonra Rəşad Mahmudov Cinayət məsuliyyətinə cəlb olundu. Yaxşı bəs ondan soruşmayıblar ki, sən bu qanunsuzluğu kimin dövründə etmisən. Regional Ekologiya və Təbii Sərvətlər idarəsininrəisi və əməkdaşları hara baxırdılar ki, sən bu boyda qanunsuz əməllər ilə məşğul olmusan. Namiq müəllim Rəşad Mahmudovla əlbir olduğu halda onu hansı səbəb bu cinayət məsuliyyətindən azad edib.  Həmçinin bildirmək istəyirik ki, bir müddət öncə Qaynar-xett.az İnformasiya Xəbər Portalının baş direktoru Zaur müəllim şəxsən İsmayıllı rayon Culyan kəndində oldu. Qanunsuz fəaliyyət göstərən sex aşkarladı. Bununla bağlı məlumatı Namiq müəllimin özünə məlumat verdi. Lakin buna baxmayaraq həmin sex bu gündə öz fəaliyyətini davam etdirir, heç bir tədbir görülməmişdir. Lakin Zaur müəllimə bildirmişdir ki, həmin sex sahibi 500 manat cərimə olunmuşdur. Namiq müəllim bu gün qanunsuz əməlləri bəs deyilmiş kimi indidə jurnalistləri aldadmaqla gündəmə gəlir.Ekologiya və Təbii Sərvətlər idarəsi cənab Muxtar Babayev öz işinin öhtəsindən layiqincə gələn, dövlət və dövlətçiliyimizə vicdan və ləyaqətlə xidmət edən bir nazirdir. Lakin bu gün Namiq müəllim kimi şəxslər onun fəaliyyətinə də kölgə salır.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara və bütün güc strukturlarına. Namiq müəllimin bütün fəaliyyəti işləri araşdırılmalı, barəsində lazımı və ciddi tədbirlər görülməlidir.  Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 23

Xəbər lenti