Koronavirus beyin xərçəngi yarada bilər
(26-09-2020, 12:30)
Koronavirus beyin şişinə səbəb ola və ya xəstəlik mövcuddursa, onun inkişafını sürətləndirə bilər.
“İzvestiya”nın məlumatına görə, Bezmalem Vakıf Universitetinin türkiyəli alimləri belə bir qənaətlə çıxış ediblər.
Belə ki, SARS-Cov-2 səthində xaricdən tikana bənzəyən zülal var. Bu tikanlar virusun hüceyrənin reseptoruna yapışmasına şərait yaradan “tac” əmələ gətirir. Molekullar bu tacın köməyi ilə onkoloji xəstəliyin inkişafına səbəb olan sinir toxumalarına yapışırlar.
Alimlər bu mümkünlüyü kompüter modelləşdirməsindən istifadə edərək sübut ediblər.
Rusiyalı mütəxəssislər nəzəriyyəyə şübhə ilə yanaşsalar da, virusların həqiqətən də şişlərin ortaya çıxmasına səbəb ola biləcəyini nəzərə alaraq, bunun daha çox araşdırma tələb etdiyini bildiriblər.
Ana səhifəyə qayıt
Oxunub: 100
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər