Əbülqasım Hüseynzadənin 130 illik yubiley günüdür
(26-09-2020, 11:01)



Bugün tanınmış folklorçu, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadənin 130 illik yubiley günüdür.

Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadə (25.09.1890, Bakı – 02.09.1988, Bakı) – orta təhsilini 6 sinifli şəhər məktəbində alıb. Əmək fəaliyyətinə Bakı tütün fabrikində başlayıb,  mühasib və başqa vəzifələrdə çalışıb, 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olub. O, eyni zamanda təhsilini qiyabi yolla davam etdirib.

Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində önəmli xidmətləri var. Onun “Atalar sözləri” (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o,
“Atalar sözü” (1938, 1949, 1956, 1965, 1981, 1986),
“El sözləri” (1944),
“Hikmətli sözlər” (1961),
“Müdrik sözlər” (1970),
“Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti”
(B.Tahirbəyovla birgə, 1983),
“Atalar sözü və zərb-məsəllər” və başqa kitabları araya-ərsəyə gətirib.

Tanınmış folklorçunun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə çevrilib.
Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə Əbülqasım Hüseynzadəyə 1981-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adı verilib.

Əbülqasım Hüseynzadənin hazırladığı kitablar buğun də öz aktuallığını saxlamaqdadır.

RUHU ŞAD OLSUN!
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 88

Xəbər lenti