"ExpressBank" Xankəndini yenidən "Stepanakert" adlandırdı - FOTO
(23-12-2023, 16:30)

Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri öz rəsmi internet saytında filiallar və ATM bölməsində "Google" şirkətinin xəritəsindən istifadə edir. Bu xəritə isə münaqişəli əraziləri hər iki ölkənin dilində təqdim edir. Bunun səbəbi də sözügedən şirkətin müharibə və münaqişələ siyasətinə qarışmamasıdır.
Rusiyanın "Yandex" şirkəti isə öz xəritəsində BMT-nin qəbul etdiyi ərazi bütövlüyü qətnaməsini nəzərə alaraq mübahisəli əraziləri qəbul edilmiş dildə yayımlayır. Məsələn, BMT qətnamələrinə görə Qarabağ Azərbaycan ərazisi olduğu üçün "Yandex" şirkəti də Qarabağ bölgəsinin rayon və şəhərlərini Azərbaycan dilində yayımlayır.
Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri "Google" şirkətinin xəritəsindən istifadə etdiyi üçün öz rəsmi saytında Qarabağ bölgəsini Azərbaycan dili ilə yanaşı erməni dilində də təqdim edir. "ExpressBank" təxmini 2 il öncəyə qədər "Google" xəritəsindən istifadə edirdi. Daha sonra xəritəni dəyişərək Azərbaycan dilli xəritə yayımlasa da, yenidən sözügedən ikidilli xəritəni rəsmi internet saytında dərc edib. Dəyişən xəritənin üzərinə "Yalnız inkişaf məqsədləri üçün" yazısı da əlavə edilib.

Kommersant.az
Ana səhifəyə qayıt
Oxunub: 16
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər