“Əsas odur ki, Qarabağımız işğaldan azad olunsun, qalan nə varsa, öz yoluna düşər...”
(25-09-2020, 14:30)






“Ümumiyyətlə, toy Azərbaycan xalqının kütləvi el şənliyidir, ata-analarımızın bizə olan bəhrəsidir və biz də onların bəhrəsiyik”

Bunu  açıqlamasında Əməkdar artist Füruzə İbadova deyib. Müğənni toyların qaydalar çərçivəsində keçirilməsinin tərəfdarı olduğunu bildirib:

“Əgər toyların müəyyən qadalar çərçivəsində keçirilməsini təklif edirlərsə, çox gözəl olar. Ümumiyyətlə, toy Azərbaycan xalqının kütləvi el şənliyidir, ata-analarımızın bizə olan bəhrəsidir və biz də onların bəhrəsiyik. Bizim Azərbaycan xalqının ən gözəl adətlərindən biri də toydur. Müvafiq qurumlar necə məsləhət bilirlərsə, o cür də etmək lazımdır. Həmişə qayda-qanuna riayət etmək lazımdır. Çünki nə olursa, insanların xeyrinə olur. Təki ölkəmizdə toy-bayram olsun”.
Sənətçi ilk öncə torpaqlarımızın azad edilməsini arzu etdiyini bildirib:
“Əsas odur ki, Qarabağımız işğaldan azad olunsun. Ondan qalan nə varsa, hər şey öz yoluna düşər. Dövlət başçımıza Allah kömək olsun, çünki çox çətin bir vəziyyətdir, pandemiya bütün dünyanı öz avuşuna alıb. Yer üzündə bütün insanlara səbr arzulayıram. Qanuna həmişə təslim olmaq lazımdır, çünki qanun çox böyük bir qüvvədir. Sizlərə də uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycanda toyların müəyyən qaydalar çərçivəsində keçirilməsi müzakirə olunur. 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 88

Xəbər lenti