Bu seçki ən çox XANKƏNDİNDƏ ilk dəfə səs verilməsi ilə yadda qalacaq - foto
(8-12-2023, 16:00)

 “2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində keçiriləcək ilk seçki olacaq. Bu, ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində əldə olunmuş tarixi qələbəmizin təsbitidir, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu seçki ən çox işğaldan azad edilən ərazilərdə sakinlərin öz yurdlarında ilk dəfə səs verməsi ilə yadda qalacaq. Əlbəttə ki, bu, böyük bir xoşbəxtlik, sonsuz sevincdir.

Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlum olan bir reallıqdır. Bununla yanaşı, bəzi Qərb dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan, artıq özü Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Artıq ABŞ və Fransa kimi superdövlətlər də Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın mümkünsüzlüyünü anlayırlar.

Məhz bu baxımdan da “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin” Göygöl rayon filialının üzvləri, bütün varlığımızla inanırıq ki, xalqımız bu seçkilərdə də öz sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək, onu müzəffər edən cənab İlham Əliyevi dəstəkləyəcək.
 


Araz Abbasov,
“Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin” Göygöl rayon filialının sədri



 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 385

Xəbər lenti