Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevlə Şirvan Regional Ekologiya rəisi Elnur müəllimi hansı əlaqələr bağlayır? - ŞİKAYƏT
(4-12-2023, 11:51)

Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev dövlət qulluğunda çalışmasına baxmayaraq, qardaşı Zahidlə birlikdə dövlətin sərvətini talamaqla məşğuldur. Bu iki nəfər birmənalı şəkildə Araz çayını məhv edir.
Rzayev qardaşlarının qum-çınqıl sexləri gecə-gündüz işləyir. İdarənin texnikası qardaşların qum-çınqıl karxanalarında işləyir.
Görəsən, bu qardaşlar karxanalardan qazandığı milyonlardan nə qədər dövlətə vergi ödəyirlər..?
Saatlı bələdiyyəsi nə üçün bu qardaşlardan vergi tələb etmir..?

Bildiyimiz kimi, bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ekologiya rəislərini toplayaraq kollegiya iclası keçirmişdir. Sözügedən iclasda bütün rəislərə qanuni qaydada tapşırıq da verilib.
Maraqlıdır, Tahir və Zahid Rzayev qardaşlarının fəaliyyətindəki nöqsanlara görə cərimə yazılsa da, heç nə olmamış kimi işbazlığa davam edirlər. Bu hansı qanunvericlikdə göstərilib ki, cərimə olunan sahə heç nə olmamış kimi işinə davam edə bilər? Yəqin qardaşlar nazirliyin müavinlərinə "görüm-baxım" edir ki, bu qədər özbaşınalığa göz yumulur...
Əgər ETS Naziri cənab Muxtar Babayev özü bu işlə məşğul olmayacaqsa, bölgədəki “Pulgir” rəhbərlərin əvəzinə cavan kadrları təyin etməyəcəksə, demək ki, bu problemlər öz həllini heç vaxt tapmayacaqdır.
Mövzunu diqqətdə saxlayacağıq...
Redaksiyamız qarşı tərəfin söz haqqını tanıyır.
Ana səhifəyə qayıt
Oxunub: 76
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər