MAŞTAĞANIN MƏRKƏZİ YOLLARI BƏRBAD VƏZİYYƏTDƏ – FOTO
(4-12-2023, 20:00)
Maştağa qəsəbəsinin yolları bərbad vəziyyətdədir. Hətta mərkəzi küçələrdə belə palçıq əlindən hərəkət etmək mümkün deyil.
Maştağa sakinləri bildirib ki, qəsəbəsinin mərkəzi küçələrindən olan Həsən bəy Zərdabi küçəsi acınacaqlı vəziyyətdədir.
Küçənin başlanğıcı və sonuna asfalt çəkilib, yolların ortası isə bərbad vəziyyətdə saxlanılıb. Sakinlər bildirir ki, Maştağada bu cür yollar çoxdur.
“Sanki hansısa ucqar dağ kəndidir. Hələ ki yağışlar az yağır. Yağışlı və qarlı günlərdə bu yollardan keçmək mümkün deyil. Dəfələrlə müraciət etməyimizə baxmayaraq tədbir görən də yoxdur” deyə, sakinlər bildirib.Tribunainfo.az
Ana səhifəyə qayıt
Oxunub: 35
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər