Göygöldə uşaqdan-böyüyə hər kəs Elvin Paşayevlə fəxr edir FOTOLAR
(1-12-2023, 16:00)

 Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə çıxışında vurğulamışdır ki, “məmurlar xalqın içində olub, xalqa xidmət etməlidir”.
Bu gün özünün fəaliyyəti ilə cənab Prezidentin etimadını doğruldan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev sözün həqiqi mənasında Prezidentə sadiqliyi ilə seçilib, hökumətin verdiyi göstəriş və tapşırıqları vaxtında, layiqincə icra edən məmurdur. O, özünü rayon əhalisinin başçısı kimi yox, onlardan biri kimi apararaq, işini, fəaliyyətini məhz Prezident İlham Əliyevin siyasi xəttinə uyğun qurmuşdur.
Elvin Paşayev qəbul günləri olmayan nadir icra başçılarındandır. Vətəndaş həftənin istənilən günü, hətta həftə sonları belə onun qəbuluna düşə bilir. Azərbaycan reallığında belə məmurların sayı az olsa da, var. Göygöl RİH-nin başçısı bunun real nümunəsi hesab edilə bilər.
Elvin Paşayev Vətən müharibəsində və sonrasında sərgilədiyi mövqe ilə çoxuna örnəkdir. İcra başçısı kimi yox, bir oğul, bir qardaş, ata kimi daima şəhid ailələrinin, qazilərin yanındadır.
Vətən Müharibəsində Göygöldən olan bütün şəhidlərin dəfnində şəxsən iştirak edib. Bu da ölkə üzrə digər icra başçıları ilə müqayisədə nümunəvi addımdır. E.Paşayev hətta dəfndən sonra şəhidlərin hamısının il mərasimində də iştirak edib, onların hər birinin evində olub, problemləri, qayğıları ilə maraqlanıb. Bütün köməkliyi göstərib, dəstək verib. Və bunu təkcə vəzifə borcu kimi yox, bir insan, bir vətəndaş borcu olaraq görüb. Təsadüfi deyil ki, müharibədən sonra şəhid ailələri və qazilərlə bağlı Göygöl rayonunda problemlər, yaxud hansısa narazılıq olmayıb. Bu, məhz Rayon İcra Başçısının hər bir qaziyə və şəhid ailəsinə xüsusi diqqətinin nəticəsidir.
İcra başçısının fəaliyyəti nəticəsində Göygöl rayonunun bütün kənd və qəsəbələrində yollarının genişləndirilməsində, su-kanalizasiyasının çəkilməsində, müəyyən abadlıq işlərinin aparılmasına ciddi naliyyətlər əldə edilib. Abadlıq istiqamətində daha geniş işlər həyata keçirilir. Rayonun mərkəzi küçələrinin, beynəlxalq əhəmiyyətli yollarının ətrafının yaşıllaşdırılmasının, ağacların əkilməsinin də Elvin Paşayevin adı ilə bağlı olduğunu deyə bilərik. Rayon ərazisində yeni məktəb və bağça binalarının inşa olunmasına, mövcudların isə əsaslı təmir edilməsinə nail olub.
Ölkə başçısına Göygölə məhz Elvin Paşayevi icra başçısı təyin etdiyinə xüsusi təşəkkürümüzü bildiririk. Göygöldə uşaqdan-böyüyə hər bir kəs dövlətə və dövlətçiliyə xidmət edən icra başçımız cənab Elvin Paşayevlə fəxr edirik.

“Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin” Göygöl filialının sədr müavini,
I qrup Vətən Müharibəsi qazisi
Ram İsmayılov







 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 244

Xəbər lenti