Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır... - FAKT BUDUR!
(16-11-2023, 10:30)

Belə bir el deyimi var, "xalqın mədəniyyəti yoldan başlayır".
Bu məsəldə sürücü və piyadaların hərəkətləri ilə yanaşı, yolların səliqə-sahmanı da nəzərdə tutulur. Təəssüflə bildiririk ki, dünya ölkələrinin ayda su axtardığı 21-ci əsrdə, ölkəmizin bir çox bölgələrinin - xüsusilə cənub bölgəsinin yolları paytaxtın Neftçilər prospekti qədər şanslı deyillər. Belə ki, bu barədə zaman-zaman bir çox yerli mətbuatda tənqidi materiallar yayımlanır.
Hətta, yaxınlarda Cəlilabad rayonundan olan Şəhid Nəcməddin Quliyevin şəhadətindən əvvəl qan pulu ilə yaşadığı kəndin yolunun çəkilməsini vəsiyyət etməsi, onun ömrü boyu yolsuzluqdan əziyyət çəkməsinin göstəricisi idi.
Bundan əlavə, Lənkəran rayonunun Alazəpin kəndindən "DogruXeber.az"a müraciət edən şəhid Raqim Hadıyevin anası Nəzakət xanım Hadıyeva da yolsuzluq problemindən gileylənirdi və bildirirdi ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı hələ üç il əvvəl kəndin yollarının çəkiləcəyinə söz verib və bir daha o kəndə getməyib. Elə bu səbəbdəndir ki, Raqim Hadıyevin heçolmasa istər doğum günlərində, istərsə də anım günlərində kimsə gedib onun evini, məzarını ziyarət edə bilmir.
Şəhid anasına söz verən başçıya 3 ildir sözünü tutmağa nə mane olur? - VİDEO
Astara rayonunun Ərçivan qəsəbəsindən Fuad Nuriyev adlı qəsəbə sakini palçıqlı bərbad küçələri lentə alaraq, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanması üçün redaksiyamıza göndərib.
Görüntülərdə az yağışdan sonra bataqlığa dönüşmüş qəsəbə yolları sakinlərin hansı əziyyətlər çəkdiyini deyir. Görüntüləri qeydə alan Fuad Nuriyev onu da bildirir ki, Ərçivan bələdiyyəsinin sədri su kanalını torpaqla doldurub torpaq sahəsi kimi vətəndaşlara satıb.
Həmçinin Yardımlı rayonunun Separadi kənd sakini Hüseynov Mərahim bir qrup kənd sakinləri adından "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, kəndin yollarının palçıqlı, keçilməz vəziyyətindən gileylənib. Bildirir ki, şəhid Müdrət Ağayev adına kənd orta məktəbinə gedilən yol azca yağış yağan kimi palçıq və gölməçələr səbəbilə gedilməz hala gəlir.
Məktəblilər və müəllimlər məktəbə "qaloş" və "sapoq" deyilən rezin çəkmələrlə məktəbə getmək məcburiyyətində qalırlar. Susuzluq problemi yaşayan kənd sakinləri uşaqlarının palçığa batmış paltarlarını yumağa su tapmırlar ki, bu da Separadi kəndinin daha bir dərdidir.

Ana səhifəyə qayıt
Oxunub: 147
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər