Elvin Paşayev ləyaqətli idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir - FOTOLAR
(2-11-2023, 12:00)

 Göygöl şəhərində vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Elvin Paşayev bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.
Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan həddə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Hazırda şəhərə rəhbərlik edən icra başçısı Elvin Paşayevin ona etimad göstərib, vəzifəyə təyin edən Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən-günə gözəlləşir və abadlaşır.
Elvin Paşayevin Göygöl RİH-ə başçı təyin olunduğu vaxtdan bəri, rayonun  əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Redaksiyamıza ünvanlanan məktublarda Göygöl RİH-nin başçısı Elvin Paşayevin fəaliyyətinə dair razılıq hisslərinin içində həm də onun şəhid və qazi ailələri ilə yaxından təmasda olması olduqca qürurvericidir.
Rayonda elə bir şəhid ailəsi yoxdur ki, başçı onun ad günündə xiyabanı ziyarət etməsin, ya da şəhid yadigarı övladının, aiəsinin qayğısı ilə yaxından maraqlanmasın...
Özünün ad gününü hər hansı bahalı restoranda deyil, məhz iş otağında, özü də qazi qardaşlarla birlikdə qeyd etməsi Elvin müəllimin yaradıcı və qurucu şəxs olmaqla bərabər, xarakter etibarilə sadə təbiətli, mehribançılığı sevən bir insan olmasının bariz nümunəsidir.
O, özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Bu gün Göygöldə aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları yeni təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir.
Qarşıdan 8 Noyabr – Zəfər Günü gəlir. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Bu  bayram münasibətilə Göygöl RİH başçısı Elvin Paşayev başda olmaqla, bütün rayon sakinlərinin qürur bayramını səmimi qəlbdən təbrik edirəm...
Allahdan qələbəni bizə bəxş edən şəhidlərimizə rəhmət, QAZİlərə cansağlığı arzulayıram!

Araz Abbasov,
Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi (QƏQİB) Göygöl rayon filialı sədri










 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 879

Xəbər lenti